Nazirliklər bir araya gəlir - `Bayraq yürüşü` keçirəcəklər


21:09     06 Noyabr 2017 bayraq3.jpg

Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirəcək.


Nazirlikdən Femida.aza bildirilib ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçiriləcək yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, millət vəkilləri, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edəcəklər.

Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə #9noyabr həştəq kampaniyası davam edir.

Sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir.

Kampaniya sosial şəbəkələr üzərindən həyata keçirilir. Sosial şəbəkədə istifadəçilər #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım etməklə (foto, video, bloq və s.) vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olurlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1069


Oxşar xəbərlər